Tacikistan vətəndaşları Rusiyadan kütləvi şəkildə deportasiya edilməyə başlanılıb

15:21 | 02.05.2024
Tacikistan vətəndaşları Rusiyadan kütləvi şəkildə deportasiya edilməyə başlanılıb

Tacikistan vətəndaşları Rusiyadan kütləvi şəkildə deportasiya edilməyə başlanılıb

Aprelin son 5 günündə Vnukovoya uçan 3101 nəfərdən 643-ü Tacikistan vətəndaşları deportasiya edilib. Bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, daha 117 nəfərin deportasiya edilməsi barədə qərar verilib.

Nazirlikdən verilən məlumata görə, hazırda həmin vətəndaşlar da "Vnukovo” hava limanında müvəqqəti saxlama zonalarında qeyri-insani şəraitdə saxlanılaraq vətənə çatdırılmasını gözləyirlər.

Oxşar vəziyyət "Şeremetyevo”, "Jukovski” və "Domodedovo” hava limanlarında da müşahidə olunub.

Aytac 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM