Azərbaycanın orta ümumtəhsil məktəblərində fizika və biologiya fənlərinin 6-cı sinifdən tədrisi bərpa edilməlidir. Bunu millət vəkili Tahir Kərimli bildirib.
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə fənlərin say və standartlarına, məzmununa yenidən baxaraq 6-cı sinifdə fizika və biologiya fənləri üzrə təhsil dayandırmaq barədə qərar qəbul edib.
Bu barədə məlumat verən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, gələn ildən 5-ci siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacaq, əvəzinə isə 6-cı siniflərdə biologiya və fizika dərslikləri tədris olunmayacaq.

Millət vəkili Tahir Kərimli bununla razı deyil.
"Orta ümumtəhsil məktəblərində 6-cı sinifdə fizika və biologiya fənləri üzrə təhsil dayandırılıb. BU düzgün deyil. Bu elmlər fundamental elmlərdir. Onların tədrisi hətta deyərdim 4-5-ci sinifdən həyata keçirilməlidir", - millət vəkili cümə günü MMilli Məclisin plenar iclasında söyəyib.
Gülnar Nazimqızı
Kənan Əzizli
Bizi sosial şəbəkələrdə izləyin !