Talıb Tale maşınını əzdi, rəngini... - FOTO

14:02 | 20.02.2018
Talıb Tale maşınını əzdi, rəngini... - FOTO

Talıb Tale maşınını əzdi, rəngini... - FOTO

Sonuncu "Maşın şou”nun qalibi Talıb Tale avtomobili ilə qəza keçirib.

Bunu Lent.az-a açıqlamasında ifaçının özü bildirib. O qeyd edib ki, qəza bir müddət öncə olub:

"Əmimlə rayondan gəlirdik. Maşını da əmim idarə edirdi. Qarşımıza çaqqal çıxdı, vurduq. Amma çaqqal ölmədi, maşın cüzi əzildi. Mənə deyirdilər ki, o maşını götürmə, o qədər göz var ki… Mən də elə şeylərə inanmıram. Maşını qazanandan sonra hamısı avtomobildən əlini üzdü. İnanmıram ki, gözləri qalsın”.

Talıb onu da əlavə edib ki, qəzadan bir müddət sonra maşının rəngini də dəyişdirib.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb