Tam Məxfi: Beşbarmaq dağında alman xəzinəsi tapıldı

11:00 | 18.07.2014
Tam Məxfi: Beşbarmaq dağında alman xəzinəsi tapıldı

Tam Məxfi: Beşbarmaq dağında alman xəzinəsi tapıldı

Beşbarmaq dağının ətrafında – Bakı-Quba magistralında əli avtomatlı əsgərlər hamının diqqətini cəlb edir. Sonralar məsələ araşdırılır və indiyə kimi heç kəsin bilmədiyi sirr aşkara çıxır.Sən demə, inqilaba qədər burada bir alman yaşayırmış.Onun dəniz sahilində bir vətəgəsi varmış. Sonralar o, daha 5 vətəgə alaraq olduqca varlı bir şəxsə çevrilir. 1920-ci ildə Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra həmin alman var-dövlətini Beşbarmaq dağının ərtafında basdırır.Yerin xəritəsini isə çəkdirib Almaniyaya aparır. İllər sonra ölüm ayağında olan Fridrix(alman) oğluna sözügedən xəritəni verir, var-dövləti haqqında xəbər bildirir.Onun SSRİ-yə gələn oğlu lazımi orqanlara bu barədə məlumat verir. Sovet qanununa görə, xəzinə tapan şəxsə onun 25% pay olaraq düşürdü. DTK həmin şəxslə birgə gəlib xəzinəni tapır və birbaşa Moskvaya apararaq, orada 25%-ni həmin şəxsə verir. Alman payına düşən qızılla gömrüyü keçərkən apardığı sərvətə özü dəyərində keçid haqqı qoyulur. Məcbur qalan alman 25%-lik payını da orada qoyub SSRİ-ni tərk edir. (Bu haqda yazı “Vokruq Sveta” jurnalında daha geniş çap edilib.)Axar.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM