ANN.Az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna mərhumun yaxınları məlumat veriblər.
Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi.
O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri çalışırdı.
Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub.
Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965).
Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !