Tanınmış müğənni Tağı Əhmədovun müdafiəsinə qalxdı

16:15 | 27.11.2013
Tanınmış müğənni Tağı Əhmədovun müdafiəsinə qalxdı

Tanınmış müğənni Tağı Əhmədovun müdafiəsinə qalxdı

“Bu gün məmurlar içərisində Tağı Əhmədov öz yerində olan şəxslərdən biridir. Mən hesab edirəm ki, ona qarşı bu cür kampaniya aprmağa ehtiyac yoxdur”. 

Bunu “Qafqazinfo”ya açıqlamasında müğənni Səyyad Əlizadə son günlər ANS-lə Bakı Metropoliteininin rəisi Tağı Əhmədov arasında baş verən qalmaqala münasibət bildirərkən deyib. S. Əlizadə bildirib ki, həm 28 May metrosundakı sürüşkən döşəmələrdə, həm də qəzetlərin metroda satışının qadağan olunmasında Tağı Əhmədovun məsuliyyəti yoxdur: 

“Buna cavabdeh şəxslər var və düşünürəm ki, suallar da onlara ünvanlanmalıdır. Tağı Əhmədovun gördüyü işlər göz qabağındadır. Hansısa bir məsələni əsas götürüb hamını qılınclamaq olmaz. Tağı Əhmədov metroya rəis təyin olunandan orada qayda-qanun yaranıb, sürətlə inkişaf edib. Mən bu fikirlərimi neytral bir şəxs olaraq deyirəm”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM