Tapilan neftçinin cəsədi ailəsinə verilib

15:30 | 06.12.2015
Tapilan neftçinin cəsədi ailəsinə verilib

Tapilan neftçinin cəsədi ailəsinə verilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.
 
SOCAR-dan APA-ya bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir.
 
R. Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib.
 
Qeyd edək ki, R. Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb.
 
"Bundan sonra heç bir cəsəd çıxarılmayıb” deyə məlumatda bildirilib.
 
Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM