Tarixi abidələrimiz: Qədim Novxanı hamamı - FOTOLAR

10:00 | 19.08.2014
Tarixi abidələrimiz: Qədim Novxanı hamamı - FOTOLAR

Tarixi abidələrimiz: Qədim Novxanı hamamı - FOTOLAR

Rüstəm QasımovBakının Novxanı qəsəbəsində müxtəlif əsrlərə aid bir sıra tarixi arxitektura abidələri var. Onlardan biri yarıdağınıq halda olan qədim məscidin yaxınlığında yerləşən köhnə hamamdır.Novxanının köhnə hissəsində olarkən, yerli sakinlərlə söhbət əsnasında öyrəndim ki, kəndlilərin istifadə etdikləri hamamın binası hələ 1907-ci ildə tikilibmiş. Məlum oldu ki, hamam xeyli müddət fəaliyyət göstəribmiş, yəni ötən əsrin 80-ci illərinədək. Sonra hamam istifadəsiz qalıb. Bunun da səbəbi o olub ki, vaxt ötdükcə kəndlilər özləri üçün şəxsi hamamlar tikməyə başlayıblar və bununla da ictimai hamamlara ehtiyac qalmayıb.Beləliklə, binanın kiçik təsvirindən başlayaq. Etiraf edim ki, günbəzli hamamı ilk dəfə görürdüm. Tikinti adət etdiyimiz hamamlardan fərqli olaraq, daha çox məbədə və ya məscidə oxşayır. Bu hamam şərq arxitektura üslubunda tikilmişdir. Çox güman, özünün çiçəklənmə dövründə bu hamam gözəl bina olub, çünki əvvəl hamamlar yalnız çimmək üçün istifadə olunmurdu, həm də ölkədə və qəsəbədə baş verən hadisələrin müzakirə məkanı sayılırdı. Tikilinin orijinallığı ondan xəbər verir ki, insanlar bu yer üçün tipik olan kiçik qumlu hamamda yox, gözəl tikilmiş binada çimmək istəyiblər.Kənardan baxanda görünən isə odur ki, hamam yaxşı günlərini yaşamır. Günbəzlər və divarlar soyulub, zamazka qopub, divarlardan biri isə artıq dağılmağa başlayıb, buna görə də, hamamın tikintisi zamanı istifadə olanan daşlara nəzər yetirmək imkanımız oldu.ANN.Az xəbər portalı tezliklə bu hamamın restavrasiyasına başlanması ümidilə köhnə Novxanı hamamının fotolarını sizin diqqətinizə təqdim edir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti