Tarixi Tövrat kitabı ələ keçirildi

22:04 | 06.11.2014
Tarixi Tövrat kitabı ələ keçirildi

Tarixi Tövrat kitabı ələ keçirildi

Tarixi kitab Bursa müzeyinə təhvil verilib

Türkiyə jandarması keçridiyi yoxlamalar zamanı 25 kiloqram gümüş qabda saxlanılan tarixi Tövrat kitabını ələ keçirib.

ANN.Az ANS PRESS-ə istinadən  məlumat verir ki, İstanbuldan Bursaya gələn avtobusda aparılan yoxlamalar zamanı tarixi Tövrat kitabı aşkarlanıb. Jandarmanın tarixi kitab barədə əvvəlcədən əməliyat məlumatları olduğu bildirilir. 

Məlumat əsasında İstanbuldan gələn avtobusları yoxlayan jandarma camaat içində gizlədilmiş kitabı tapa bilib. Kitab qabının üzərində Həzrəti İsa və Həvariləri yazılıbmış. Kitabın ölçüsü 50X35 santimetr olub. 

Hadisə ilə bağlı adları açıqlanmayan 3 nəfər nəzarət altına alınıb. Tarixi kitab Bursa müzeyinə təhvil verilib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür