Təbrizdə Xocalını ananlar döyüldü

16:41 | 27.02.2014
Təbrizdə Xocalını ananlar döyüldü

Təbrizdə Xocalını ananlar döyüldü

Fevralın 26-da Təbrizin Səhənd stadionunda “Traxtur” və Səudiyyə Ərəbistanının “Əlittihad” futbol komandaları arasında keçirilən oyundan sonra həbslər olub. 1 - 0 hesabı ilə “Traxtur”un xeyrinə yekunlaşan oyunda olduqca həyəcanlı anlar yaşanıb. On minlərlə soydaşımız “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun – İstəməyən kor olsun””, ““Traxtur”u el istər – Şərəfli millət istər””, “Türklərin iftixarı – “Traxtur”, “Traxtur”!” və s. kimi milli şüarlar səsləndirərək stadionu lərzəyə gətiriblər.GünAz TV-nin xəbərində deyilir ki,  oyun Xocalı soyqırımının 22-ci ildönümünə təsadüf etdiyinə görə, həmvətənlərimiz Xocalı qurbanlarını da anıblar və şüarlar səsləndiriblər. Xocalı soyqırımı ilə bağlı nümayiş etdirilən plakat təhlükəsizlik qüvvələrinin xüsusilə qəzəbinə səbəb olub. Məmurlar soydaşlarımıza hücum edib, onları dəyənəklə döyüb və bir neçəsini yaxalayıblar. Tutulanlar arasında Mehdi Sədiqi (Səhənd) də var. Tutulanların harada saxlanıldığı hələlik bəlli deyil.“Traxtur”un qələbəsindən sonra Təbrizdə və Azərbaycanın başqa şəhərlərində tərəfdarlar şənlik edib və milli şüarlar səsləndiriblər.Xatırladaq ki, son günlərdə Güney Azərbaycanda Dünya Ana Dili Günü müxtəlif tədbirlərlə ağırlandı. Lakin soydaşlarımızdan təxminən 200 nəfəri keçmiş illərdəki kimi rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.İranda Xocalını anım tədbirlərinə polis müdaxiləsi əvvəlki illərdə də dəfələrlə baş verib ki, bu, da İran-Ermənistan müttəfiqliyindən irəli gələn haldır.//Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM