"Təcili Tibbi Yardım nənəmi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına apardı, 40 dəqiqə gözlətdikdən sonra vəziyyəti daha da ağırlaşan qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirdilər”.
Bu sözləri "Qafqazinfo”ya müraciətində COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuridə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli deyib. Bildirib ki, 3 gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün Təcili Tibbi Yardıma müraciət ediblər:
ANEWS.az-ın məlumatına görə məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri "Qafqazinfo”ya bildirib ki, TƏBİB tərəfindən qabaqcadan xəstəxanalardakı boş yerlərin siyahısı Təcili Tibbi Yardıma verilir:
"Təcili Tibbi Yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz. Əgər TTY xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb və orada yer olmayıbsa, bu zaman xəstəxana günahkar deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !