“Təfəkkür” Universitetində rüşvət qalmaqalı

15:10 | 24.06.2014
“Təfəkkür” Universitetində rüşvət qalmaqalı

“Təfəkkür” Universitetində rüşvət qalmaqalı

Təhsil naziri Mikayıl Cabbarovun dəfələrlə rektorlara təhsil ocaqlarında imtahanların şəffalığını və qanunlara müvafiq keçirilməsini təmin etmək məqsədilə xəbərdarlıq etməsinə baxmayaraq, bir sıra ali məktəblərdə vəziyyət olduğu kimi qalır. 

Xüsusən bəzi özəl ali məktəblərdə imtahanlar üçün “pul yığımı” yenə işləkdir.  Bu siyahıda həmişə olduğu kimi, yenə də “Təfəkkür” Universiteti  “lider”dir.

Bizimxeber.az-ın verdiyi məlumata görə sözügedən universitetdə imtahan öncəsi yenə də rüşvət yığımına başlanılıb. 

Məlumatda qeyd olunur ki, artıq sessiya öncəsi rektor Müşviq Atakişiyevin adından dekanlar vasitəsilə tələbələrdən pul yığılıb. Hər bir tələbədən imtahan sessiyasını “yola vermək” üçün 500-1000 manat istənilir.

Ümumilikdə hər imtahanın qiyməti 150-200 manat civarında dəyişir. Amma elə tələbə var ki, bu pulu ya verə bilməyib ya da verməkdən imtina edib. Məhz bu səbəbdən də rektor göstəriş verib ki, həmin tələbələrdən imtahan ciddi şəkildə götürülsün. 

İmtahanlara pul verməyən tələbələrin redaksiyaya ünvanladığı müraciətdə qeyd olunur ki, imtahanlara yalnız pul verməyən tələbələr gəlir. Pul verənləri isə imtahan maraqlandırmır.

Tələblər bildirir ki, bu vəziyyətə etiraz etdikdə və ya təhsil nazirliyinin “qaynar xətt”inə şikayət edəcəklərini dedikdə onlara “olan sizə olacaq, ondansa pulunuzu verib, işinizi həll edin” şəklində reaksiya verilir.

Ən maraqlısı isə odur ki, öz biliyi ilə fərqlənən tələbələrə belə güzəşt olunmur. Onlara “heç olmasa hər imtahana 50 manat ödəyin” şəkilində xəbərdarlıq edilib. İmtahanlara ciddi hazırlaşan tələbələrə isə “oxuyursunuz özünüz üçün, biz sizə onsuzda güzəşt edirik” kimi absurd fikirlər səsləndirlilib. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM