Təhlükəli cinayətkar “ASAN Xidmət”də yaxalandı

14:27 | 26.10.2015
Təhlükəli cinayətkar “ASAN Xidmət”də yaxalandı

Təhlükəli cinayətkar “ASAN Xidmət”də yaxalandı

Azərbaycan polisi axtarışda olan Müqabil Abbassoylunu saxlayıb.

Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.

Məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Müqabil Abbassoylu AR Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) orada xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov RPİ-yə təhvil verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM