Tehran Ankaraya ultimatum verdi

23:25 | 21.01.2018
Tehran Ankaraya ultimatum verdi

Tehran Ankaraya ultimatum verdi


İran Türkiyənin Suriyanın Afrin vilayətinə müdaxiləsini tezliklə dayandırmağa çağıraraq, rəsmi Ankaranın "terrorçu” qruplaşmalara yardım etdiyini bildirib, bu barədə "Reuters”ə istinadən xəbər verir.

"İran ümid edir ki, Türkiyə və Suriyanın sərhədyanı regionlarında böhranın dərinləşməsinin qarşısını almaq üçün bu əməliyyat dərhal başa çatacaq. Afrindəki mövcud vəziyyət Suriyanın şimalında terrorçu qruplaşmaların uğurlarına yardımçı ola bilər”, - deyə, İran XİN-nin nümayəndəsi Bəhram Qasimi bildirib.

Qeyd edək ki, bundan əvvəl türk hərbçilərinin hava hücumları nəticəsində Afrində kürdlərə məxsus 45 silahlı birləşməni məhv etdikləri bildirilirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM