• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq

Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq
02.10.2023 09:42
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranln Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb. Bu barədə Azərbaycan televiziyası məlumat paylaşıb. 
 
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. 
 
vqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Siyasət 23:45
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Siyasət 21:15
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Siyasət 20:50
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Siyasət 20:30
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
Siyasət 13:41
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Siyasət 12:00
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:34
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Siyasət 09:44
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Siyasət 00:02
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol