Təhsil haqları da artır? - Nazirlik rəsmisindən açıqlama

16:08 | 29.12.2015
Təhsil haqları da artır? - Nazirlik rəsmisindən açıqlama

Təhsil haqları da artır? - Nazirlik rəsmisindən açıqlama

"Hazırda təhsil haqlarının artırılması məsələsi gündəmdə deyil, hesab edirəm ki, 2016-ci ilin mart ayından sonra bu məsələyə baxılıb analiz ediləcək" - bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

ANN.Az xəbər verir ki, bu gün nazirlikdə 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Konfransada Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev, BİAB sədri Fikrət Yusifov, nazirliyin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyevvə jurnalistlər iştirak ediblər.

Yaqub Piriyev onu da əlavə edib ki, təhsil haqlarının artırılması özəl ali təhsil müəssisələrinin öz səlahiyyətinə daxildir. Amma hazırda təhsil sistemində təhsil haqlarının qaldırılması məsələsi müzakirə olunmur.
 
Qeyd edək ki, 2015- ci ildə ölkədə iki dəfə devalvasiya baş verib, milli valyuta digər valyutalara, xüsusən də ABŞ dollarına nisbətən 98 faiz dəyər itirib. Bu səbəbdən də bir çox sahələrdə olduğu kimi, təhsil haqlarının artırılması da gözləniləndir.

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM