Təhsil haqlarının artırılması məsələsinə baxılacaq

13:53 | 29.12.2015
Təhsil haqlarının artırılması məsələsinə baxılacaq

Təhsil haqlarının artırılması məsələsinə baxılacaq

"Təhsil haqlarının artırılması məsələsinə 2016-cı ilin mart ayında baxılacaq”.

 "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib. 

O bildirib ki, təhsil haqlarının artırılması ali təhsil müəssisələrinin səlahiyyətindədir: "Bu məsələ yenə də həmin müəssisələrin səlahiyyətində saxlanılacaq. Hələlik ödənişlərin artımı gündəmdə deyil. Mart ayında universitetlərdə yeni tədris planı qurulacaq. Onda bu məsələyə baxılacaq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM