Təhsil naziri Azərbaycan təhsilinin əsas çətinliyini açıqlayıb

12:18 | 12.03.2014
Təhsil naziri Azərbaycan təhsilinin əsas çətinliyini açıqlayıb

Təhsil naziri Azərbaycan təhsilinin əsas çətinliyini açıqlayıb

“Təhsil sahəsində qarşılaşdığımız əsas çətinlik təhsil sistemi və strukturunun sovetlər dönəminin ehtiyacları üçün nəzərdə tutulmasıdır”.APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan İnvestisiya Sammitində təhsil naziri Mikayıl Cabbarov söyləyib. Təhsil naziri deyib ki, təhsil sahəsinə yeni baxış, müstəqil Azərbaycanın məqsəd və ehtiyacların müəyyənləşdirilməsi lazım idi: “İlk növbədə insan kapitalını nəzərə almalıyıq. Biz bir çox problemlə qarşılaşırıq, bunlar Təhsil Strategiyasında da yer alıb. İnkişaf üçün təhsilin məzmunu, təhsil sisteminin idarə edilməsi, müəllimlər, maliyyə qaynaqları, resurslar vacibdir. Bu sahələrdə bir çox iş görülüb. Son 10 ildə məktəblərin 60 faizi tam təmir edilib”. M. Cabbarov təhsilin iş bazarını kadrlarla təmin etməli olduğunu da qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM