• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Təhsil nazirindən tədris ili ilə bağlı ƏMR

Təhsil nazirindən tədris ili ilə bağlı ƏMR
14.09.2020 13:54
Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə əmr imzalayıb. 

Təhsil Nazirliyindən Anews.az-a verilən məlumata görə, əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətinin diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməsi və bununla da çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması əsas məsələlərdəndir. 

Bundan başqa, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən)  təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlbi nəzərdə tutulur.

Əsas hədəflər sırasına məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi, eləcə də "Rəqəmsal bacarıqlar” və "STEAM” pilot layihələrin icrası ilə bağlı məsələlər də daxildir.

Eyni zamanda təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, mütəmadi dezinfeksiya işlərinin aparılması aktual məsələlər sırasında yer alır. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol