Təhsil Nazirliyi Facebook istifadəçilərinə müraciət etdi

13:43 | 24.02.2014
Təhsil Nazirliyi Facebook istifadəçilərinə müraciət etdi

Təhsil Nazirliyi Facebook istifadəçilərinə müraciət etdi

Təhsil Nazirliyi Facebook istifadəçilərinə müraciət edib. ANS PRESS-in məlumatına görə, qurumun sosial şəbəkədəki səhifəsində ali təhsillə bağlı suallar cavablandırılacaq. "Hörmətli Facebook istifadəçiləri!24-28 fevral 2014-cü il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı Sizi maraqlandıran suallara cavab veriləcək. Suallar operativ şəkildə şərhlər vasitəsilə cavablandırılacaq.İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan suallarla müraciət etməsinlər".Xatırladaq ki, Təhsil Nazirliyi Bakı Dövlət Universitetində tələbələrin etirazına səbəb olan kredit sistemi haqqında açıqlama verib. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası 2005-ci ildə Bolonya prosesinə qoşulub. "Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir. Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu şərt narazılığa səbəb olub".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM