Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

18:28 | 21.07.2014
Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

Azərbaycan Mətbuatının yaranmasının 139-cu ildönümü münasibətilə Təhsil Nazirliyi jurnalistləri mükafatlandırıb. 
“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində KİV nümayəndələri Heydər Əliyev Mərkəzində hazırda fəaliyyət göstərən sərgiləri və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey ilə başlanan tanışlıq “Azərbaycan inciləri: tarixin axarında”, “Bakıya uçuş: müasir Azərbaycan incəsənəti”, Adrian Steirnin "Afrikanın vəhşi təbiəti", Toni Kreqqin və Anri Kartye-Bressonun "Paris" sərgilərinə baxışla davam etdirilib. Jurnalistlər burada nümayiş olunan əsərləri, eksponatları böyük maraqla izləyiblər.
Tədbirdə KİV nümayəndələrinə 22 iyul - jurnalistlərin peşə bayramı münasibətilə Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin hədiyyələri təqdim olunub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM