Təhsil Nazirliyi problemli dərsliklə bağlı tədbir görəcək

17:09 | 29.12.2015
Təhsil Nazirliyi problemli dərsliklə bağlı tədbir görəcək

Təhsil Nazirliyi problemli dərsliklə bağlı tədbir görəcək

Orta məktəbin 8-ci sinif Azərbaycan dili dərsliyində çox sayda hərf səhvlərinin, eləcə də məna yanlışlıqlarının olması problemi ictimai müzakirəyə çıxarılıb.

ANN.Az xəbər verir ki, Təhsil Nazirliyinin Təhsil keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bu kitabın qurum tərəfindən çap olunmadığını deyib: "Amma bu işlərlə bağlı müvafiq tədbirlər görülür".

Sektor müdiri bu məsələ ilə bağlı ekspert rəylərini, eləcə də ictimaiyyətin fikirlərini nəzərə alınacağını bildirib.

Qurumun  QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov nazirliyin bununla bağlı geniş bir toplantı keçirdiyini əlavə edib: "Məsələ ilə bağlı ictimai rəyləri öyrənib, qərar qəbul etdik. Bu nazirliyin cavabdeh olmadığı bir nəşrdi. Ancaq müəyyən tədbirlər görüləcək". Amma qurum rəsmisi görüləcək tədbirin nələrdən ibarət olmasını açıqlamayıb.

Qeyd edək ki, bu gün Təhsil Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. 

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM