Təhsil Nazirliyi sabiq deputata 430 min manat pul ayırdı

16:10 | 27.11.2019
Təhsil Nazirliyi sabiq deputata 430 min manat pul ayırdı

Təhsil Nazirliyi sabiq deputata 430 min manat pul ayırdı

Bu gün Təhsil Nazirliyilə Odlar Yurdu Universiteti arasında tender müqaviləsi imzalanıb.

Yeniavaz.com xəbər verir ki, müqavilənin ümumi dəyəri 431 min 585 manat təşkil edir. Təhsil Nazirliyi bu vəsaiti Odlar Yurdu Universitetinə "Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsil üzrə təlimlərinsatın alınması" məqəsdilə ödəyəcək.

Məlumat üçün bildirək ki, hüquqi  ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 13 olan Odlar Yurdu Universiteti 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Universitetin qanuni təmsilçisi Vəliyev Əhməd Abdulkərim oğludur.

Qeyd edək ki, Əhməd Vəliyev 2005-2015-ci illər ərzində millət vəkili  olub. Fizika-riyaziyyat elmləri doktorudur. 1990-97-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində çalışıb. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb