Təhsil Nazirliyi təsdiq edir ki, dərsliklər...

12:18 | 05.09.2014
Təhsil Nazirliyi təsdiq edir ki, dərsliklər...

Təhsil Nazirliyi təsdiq edir ki, dərsliklər...

“Hər il Azərbaycanda 4500 məktəbə 200 addan çox kitab paylanılır. İnsanların əkəsriyyəti dərsliklərin dilinin ağırlığından şikayətlənir”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin əməkdaşı Emin Əmrullayev Qubada keçirilən Təhsil üzrə Gənc Liderlər üçün “Yay Məktəbi”ndə danışıb.“Ola bilər ki, dərsliklərin dili çətin olsun. Amma Dilçilik İnstitutu sadə, asan sözlərin lüğətini hazırlasa yaxşı olar. Bunun dərsliklərin hazırlanmasına çox köməyi olar. Bu dəsrlikləri hazırlamağa resurs olar”. Təhsil Nazirliyinin Dərsliklər Şurasının rəhbəri Elmina Kazımzadə isə deyib ki, yazılan kitabın məktəbdə dərslik kimi istifadə edilməsi üçün keçid balı toplamalıdır: “Dərsliklərin təsdiqlənməsində xüsusi mütəxəssislər iştirak edir. Məsələn bu il 7-ci siniflər üçün bizə 4 ayrı-ayrı müəllifin kitabı təqdim olunmuşdu. Həmin kitablardan yalnız biri dərslik kimi təsdiqləndi. Bu dərsliklərin seçilməsi prosesində Elmlər Akademiyasının alimləri və Azərbaycan Pedaqoji Universitetinin müvafiq kafedralarının əməkdaşları iştirak edib”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM