Təhsil Nazirliyindən fakültə dekanları ilə bağlı açıqlama

14:01 | 28.02.2014
Təhsil Nazirliyindən fakültə dekanları ilə bağlı açıqlama

Təhsil Nazirliyindən fakültə dekanları ilə bağlı açıqlama

Azərbaycan Respublikası Təhsil Nazirliyindən fakutlətə dekanlarının imtahanlardakı fəaliyyətinə aydınlıq gətiriblər.

 Nazirlikdən bildiriblər ki, imtahanlarda toplanılan balla bağlı fakültə dekanın cavabı tələbəni qane etmədikdə, onlar növbəti instansiyaya müraciət edə bilərlər: “Təhsil Nazirliyinin 11.09.2008 tarixli 1060 nömrəli əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə”yə müvafiq olaraq tələbə fənn üzrə imtahan zamanı 17-dən daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla ümumilikdə 51-dən çox bal topladığı halda müvəffəq qiymət almış hesab olunur. Qaydalara görə, fakültə dekanının cavabı sizi qane etmədiyi halda, növbəti instansiya olaraq ali təhsil müəssisəsinin tədris işləri üzrə (tədris və təlim texnologiyaları üzrə) prorektoruna müraciət edə bilərsiniz. Mövcud qaydalara müvafiq olaraq ali təhsil müəssisəsində həmin fənn tədris olunursa və ya əlavə qrup yaradılarsa, fənni təkrar dinləmək mümkündür. Təcrübə ali təhsil müəssisəsinin yerləşdiyi şəhərdə təşkil olunarsa, bu halda ümumi kreditlərin sayı 38-dən çox olmamaq şərtilə akademik borc qalan fənn üzrə dərslərdə iştirak mümkündür”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM