Təhsil Nazirliyindən məktəb formaları ilə bağlı XƏBƏRDARLIQ

13:43 | 05.09.2018
Təhsil Nazirliyindən məktəb formaları ilə bağlı XƏBƏRDARLIQ

Təhsil Nazirliyindən məktəb formaları ilə bağlı XƏBƏRDARLIQ

Təhsil Nazirliyi məktəb formalarının yalnız məktəb direktorlarının söylədiyi ticarət obyektlərindən alınması ilə bağlı valideynlər arasında yaranan narazılıqlara aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov "Facebook” səhifəsində yaıb.

Onun sözlərinə görə, heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz.

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsilalanların geyim forması hər bir məktəbin öz daxili nizamnaməsi ilə müəyyən olunur:

Məktəb geyim formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər", - deyə nazirlik rəsmisi bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM