Təhsildə yenilik: müasir proqramlar hazırlanacaq

14:41 | 15.11.2013
Təhsildə yenilik: müasir proqramlar hazırlanacaq

Təhsildə yenilik: müasir proqramlar hazırlanacaq

Təhsil Nazirliyində “Milli təhsilin gələcəyi: əsas hədəflər” mövzusunda treninq keçirilib. Tədbirdə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının məzmunu, əsas hədəfləri barədə ətraflı məlumat verilib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, strategiyanın təhsilin bütün pillələri əhatə edən vacib məsələlər öz əksini tapıb. Nazirlik rəsmisi vurğulayıb ki, məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin inkişaf etmiş ölkələrin təhsil səviyyəsinə çatdırılmalıdır. Bu rəqəmin Azərbaycanda 16,7% təşkil etdiyini deyən C.Valehov qeyd edib ki, mövcud vəziyyət inkişaf etmiş ölkələrdə 80-90% təşkil edir: ”Bundan əlavə, məktəbəqədər hazırlıq təhsilinin (1il) icbariliyi təmin edilməlidir. Hazırda ölkədə uşaqların 27%-i məktəbəqədər hazırlıq səviyyəsinə cəlb olunub. Burada təhsil sahəsində yeni təhsil proqramlarının (kurikulum) tətbiq edilməsi, ölkə coğrafiyasında erkən yaş dövrü üzrə təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu gün ölkənin yaşayış məntəqələrinin 70 faizində müəssisələr yoxdur. Hazırda onların fəaliyyəti üzrə dəstəkləyici və stimullaşdırıcı mexanizmləri hazırlanmalıdır”.

C. Valehov qeyd edib ki, strategiyada müasir təminatlı yeni peşə-tədris mərkəzləri və komplekslərinin yaradılması qeyd olunub. Dünyada məzunların 40-60%-i bu təhsil pilləsini seçirsə, Azərbaycanda bu 11%-dir. Bundan əlavə, ilk peşə-ixtisas təhsili sahəsində dövlət-biznes partnyorluğu sisteminin, peşə-tədris mərkəzlərində yaşından asılı olmayaraq hər bir insanın bilik və fərdi qabiliyyətlərinin inkişafı, yeni peşəyə, ixtisasa yiyələnməsi üçün xüsusi resurs, təlim və inkişaf mərkəzlərinin yaradılması nəzərdə tutulub. Strategiyada həmçinin ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrinin təhsil - tədqiqat - innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən standartların yaradılması, qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə müasir təhsil proqramlarının (kurikulumların) hazırlanmasının təmin edilməsi qeyd olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM