• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Telefonları dinləyən şirkətlə bağlı xüsusi komissiya yaradıldı

Telefonları dinləyən şirkətlə bağlı xüsusi komissiya yaradıldı
22.07.2021 11:56
İsrail hökuməti bu ölkənin kiber təhlükəsizlik üzrə ixtisaslaşmış "NSO” şirkətinin fəaliyyəti ilə bağlı xüsusi komissiya yaradıb.


 "İsrael İnfo” xəbər verir ki, komissiyanın yaradılmasına səbəb "NSO” şirkətinin yaratmış olduğu "Pegasus” casus proqramı ətrafında yaranmış beynəlxalq qalmaqaldır.


Şirkətin artıq uzun illərdir ki, müxalif jurnalist və siyasətçilərin izlənməsi üçün öz proqramlarını müxtəlif ölkələrin rəhbərlərinə satdığı məlumdur.


Qeyd edək ki, "OCCRP” beynəlxalq jurnalist təşkilatı "NSO Group” tərəfindən yaradılmış "Pegasus” casus proqramı vasitəsilə dünya üzrə siyasətçilərin, jurnalistlərin və aktivistlərin telefon danışıqlarının dinlənildiyi barədə qalmaqallı bəyanat yayıb.


Təşkilatın dünyanın aparıcı KİV orqanları ilə birgə həyata keçirdiyi araşdırmaya əsasən, kəşfiyyat xidmətlərinə, hüquq-mühafizə orqanlarına və hərbi qurumlara "Pegasus” casus proqramına girişi 2016-cı ildən təmin edib.


Belə məlum olub ki, proqram 50-yə yaxın ölkədə 50 mindən çox cihaza, Azərbaycanda isə mindən çox telefona yüklənib. Hədəf alınan telefon nömrələri əsas olaraq Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və BƏƏ-dən olub.


Bununla yanaşı, telefonu dinlənilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makron da var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda parkda 5 uşağı elektrik vurub
Dünya 20:24
İstanbulda parkda 5 uşağı elektrik vurub
ABŞ və Çin liderləri arasında telefon danışığı olub
Dünya 19:07
ABŞ və Çin liderləri arasında telefon danışığı olub
Türkiyədə 43 nəfər qidadan zəhərlənib
Dünya 18:30
Türkiyədə 43 nəfər qidadan zəhərlənib
Polşa və Qazaxıstan bu il qızılın ən iri alıcıları olub – WGC
Dünya 18:15
Polşa və Qazaxıstan bu il qızılın ən iri alıcıları olub – WGC
Moskva üzərində dörd dron vurulub
Dünya 17:46
Moskva üzərində dörd dron vurulub
Tramp və Zelenski razılaşdırılmamış iki əsas məsələni müzakirə edəcəklər
Dünya 10:59
Tramp və Zelenski razılaşdırılmamış iki əsas məsələni müzakirə edəcəklər
Avropa İttifaqının Ukrayna ilə bağlı sülh planı açıqlanıb
Dünya 23:50
Avropa İttifaqının Ukrayna ilə bağlı sülh planı açıqlanıb
İsrail ordusu "Hizbullah"ın baş qərargah rəisini zərərsizləşdirib
Dünya 23:10
İsrail ordusu "Hizbullah"ın baş qərargah rəisini zərərsizləşdirib
Cenevrədə sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb
Dünya 21:40
Cenevrədə sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol