“Telegram”da yeni funksiya

20:24 | 30.09.2024
“Telegram”da yeni funksiya

“Telegram”da yeni funksiya

Məşhur "Telegram” messencerinin beta versiyası animasiyalı stikerlərə bənzəyən və bir sıra GIF şəkillərini özündə əks etdirən rəqəmsal hədiyyələri təqdim edib.Bu barədə gazeta.ru məlumat yayıb.

Bildirilir ki, bu hədiyyələri həmsöhbətinizə göndərdiyiniz zaman müvafiq effektlər də ekranda görünür və siz GIF-ə kiçik bir mesaj da əlavə edə bilərsiniz. Bundan əlavə, istifadəçilər hədiyyələri anonim şəkildə göndərmək üçün bu funksiyadan istifadə edə bilərlər, bu halda göndərənin adı hədiyyədə əks olunmayacaq.

Alıcı və göndərən hədiyyənin göndərildiyi tarixi və kimə göndərildiyi barədə məlumatları, həmçinin mesajın özünü görə biləcəklər. Bəzi hədiyyələr məhdud miqdarda ola bilər, məsələn, quyruğu olan timsahlardan yalnız 1000 ədəd var.

Hədiyyələr daxili istifadə üçün "ulduzlar” vasitəsilə 25 ilə 2000 arasında dəyişən qiymətlərlə alına bilər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM