Temperatur yenidən yüksələcək

17:09 | 06.03.2014
Temperatur yenidən yüksələcək

Temperatur yenidən yüksələcək

Azərbaycanda qısa müddətə hava şəraiti dəyişəcək. Martın 9-dan ölkə ərazisində nisbətən sabit və mülayim hava şəraiti bərqərar olacaq, havanın temperaturu tədricən yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 7-dən 8-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı rayonlarda hava yağıntılı olacaq. Dağlıq rayonlara qar yağacaq.Martın 7-si gündüzdən martın 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənəcək. Bununla əlaqədar martın 7-si axşamdan və martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM