Təqsirləndirilən şəxs polis şöbəsində öldü - Azərbaycanda

11:53 | 19.08.2014
Təqsirləndirilən şəxs polis şöbəsində öldü - Azərbaycanda

Təqsirləndirilən şəxs polis şöbəsində öldü - Azərbaycanda

Sabirabad Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.APA-nın məlumatına görə, şöbədə saxlanılan 61 yaşlı Məhərrəm Abbasov qəfildən dünyasını dəyişib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasovun səhhəti kəskin pisləşib. Kəskin ürək ağrıları ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M. Abbasov infarktdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür