Tərləmək yaraları sağaldır

20:35 | 19.02.2015
Tərləmək yaraları sağaldır

Tərləmək yaraları sağaldır

Böyrəyin daş bağlamasından qoruyan, eləcə də toksinlərin bədəndən atılmasını təmin edən tərləmə tər vəzilərinin içində olan kök hüceyrələr sayəsində bədəndəki yaraların da yaxşılaşdırılmasını təmin edir.
 
Tərləmək bədəndəki artıq hərarətin xaric olunması yoludur. Hamımız tərləməkdən şikayət etsək də tərləmə olmasa, orqanizmimiz düzgün bir şəkildə fəaliyyət göstərməz.
 
Alimlərin son araşdırmaları bunu sübut edib ki, tər vəziləri yaraları sağaldır. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, alimlərin apardığı tədqiqatlar orqanizmimizdə olan milyonlarla tər vəzinin yaraları sağalda biləcək kök hüceyrələri də saxladığını göstərir. Mütəxəssislər tər vəzilərinin daha dərindən araşdıraraq yaraların yaxşılaşması istiqamətində yeni addımlar atıla biləcəyini qeyd ediblər.
 
Tər toksinlərin bədəndən atılmasını təmin edir: Tərləmə sayəsində orqanizmdəki zəhərli maddələr çölə atılır. Həddindən artıq duz, xolesterin və spirt tər vasitəsilə bədəndən kənarlaşdırılır.
 
Antibiotik təsiri göstərir: Orqanizmimizdə hansısa bir yer yaralanan zaman tər vəzilərindən ifraz olunan antibiotik təsirli "dermcidin" kimi maddələr sürətli bir şəkildə yaranın üzərində bakteriya və virusları öldürür.
 
Böyrək daşlarından qoruyur: Aparılan tədqiqatlar tərləmə ilə daha çox maye qəbuluna ehtiyac duyan insanların bu sayədə böyrək daşlarından da qorunduğunu göstərir.
 
Bədənin təbii məişət kondisionerləridir: Bədənimiz olduğu mühitin temperaturuna tərləyərək uyğunlaşdırılır. İdman edərək tər vəzilərinin daha effektiv işləməsini təmin edə və temperatur dəyişikliklərinə daha asan uyğunlaşa.


ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM