Təyyarə “İrma” qasırğasından keçdi – VİDEO

11:00 | 08.09.2017
Təyyarə “İrma” qasırğasından keçdi – VİDEO

Təyyarə “İrma” qasırğasından keçdi – VİDEO

ABŞ Milli okean və atmosfer tədqiqatlar idarəsinin (NOAA) mütəxəssisləri təyyarədə "İrma” qasırğasından keçiblər.

anews.az-ın xəbərinə görə, uçuşun görüntüləri Twitter sosial şəbəkəsində NOAA Hurricane Hunters hesabında paylaşılıb. 

Alimlər qeyd ediblər ki, uçuşun məqsədi təbii fəlakəti ən yaxın məsafədən izləmək olub.

"İrma” avqustun sonlarında ABŞ-ın cənub-şərq sahillərində tüğyan edən "Harvi” qasırğasından da güclüdür. Son məlumata görə, "Harvi” qasırğası zamanı 60 nəfər ölüb. Texas ştatının hakimiyyəti ziyanı 150-180 milyard dollar dəyərində qiymətləndirib. "İrma”  isə Atlantik okeanda son on il ərzində ən güclü qasırğa adlandırılıb. Təbii fəlakət nəticəsində artıq on nəfər ölüb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb