ABŞ kəşfiyyatı Ukrayna səmasında qəzaya uğrayan təyyarənin vurulması ilə bağlı yeni mülahizə açıqlanıb.
ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, Malayziya Hava Yollarına məxsus “Boeng-777ABŞ kəşfiyyatı: “Təyyarə separatçılar tərəfindən səhvən vurulub sərnişin təyyarəsinin Donetskdəki rusiyameyilli separatçılar tərəfindən vurulması birmənalı olaraq öz təsdiqini tapır.
Kəşfiyyat qurumundan hesab edirlər ki, əməliyyatı həyata keçirənlər təyyarənin sərnişin hava gəmisi olduğuna dair məlumata malik olmayıblar: “Təyyarə separatçılar tərəfindən səhvən vurulub. Rusiyanın isə bu hadisədə birbaşa iştirakı olmayıb. Amma rusiyalı mütəxəssislərin təyyarənin vurulmasında iştirakı və ya əməliyyatı həyata keçirənlərin Rusiyada təlim keçməsi istisna edilmir”.
Məlumatda bildirilib ki, separatçılar təyyarəni SA-11 “yer-hava” tipli təyyarə ilə vurublar: “Bütün bunlara baxmayaraq, Rusiya Ukraynadakı separatçıları silahlandırmaqda davam edir. ”
Xatırladaq ki, iyulun 17-də Ukrayna səmasında Malayziyaya məxsus təyyarə qəzaya uğrayıb. Hadisə zamanı 15 nəfəri ekipaj üzvü olmaqla, 298 nəfər dünyasını dəyişib.
Təyyarənin rusiyameyilli separatçılar tərəfindən Donetsk vilayətindən vurulduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !