Təyyarədə ölənlərin kimliyi müəyyənləşib

16:49 | 19.07.2014
Təyyarədə ölənlərin kimliyi müəyyənləşib

Təyyarədə ölənlərin kimliyi müəyyənləşib

İyulun 17-də Ukraynanın Donetsk vilayətində Rusiyameylli terrorçuların vurduğu Malayziya hava yollarına məxsus “Boing-777” təyyarəsində həlak olanların hamısının hansı ölkə vətəndaşı olduqları dəqiqləşdirilib. 
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarədəki 298 nəfərin 192-si Hollandiya, 44-ü Malayziya, 12-si Avstraliya, 10-u Böyük Britaniya vətəndaşı olub. Bundan əlavə, təyyarədə həlak olanlar arasında 4 Belçika, bir bu qədər Almaniya, 3 filippinli, Kanada və Yeni Zelandiyanın hərəsindən isə 1 nəfər olub. 
Qeyd edək ki, təyyarə Amsterdamdan Kuala-Lumpura uçurdu. Sərnişinlər arasında 85 nəfər uşaq olub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM