The Daily Caller: ABŞ Ermənistana etdiyi köməyi mütləq azaltmalıdır

15:37 | 23.07.2015
The Daily Caller:  ABŞ Ermənistana etdiyi köməyi mütləq azaltmalıdır

The Daily Caller: ABŞ Ermənistana etdiyi köməyi mütləq azaltmalıdır

Bir müddət əvvəl nüfuzlu "The Daily Caller” internet portalında ABŞ-ın Ermənistana etdiyi yardımın mütləq azaldılmasıyla bağlı məqalə dərc olunub. Məqalənin müəllifi "Begin-Sadat" strateji araşdırmalar mərkəzinin eksperti, İsrailin geostrateji analiz agentliyi «Wikistrat»-ın əsas analitiki Aleksandr Murinsondur. Məqaləni oxucularımıza təqdim edirik:

Əgər ölkəni sevirsənsə, onu azad burax: Ermənistana yardımın kəsilməsi barədə

Bu gün ABŞ hökumətinin bəzi üzvləri ABŞ-Ermənistan münasibətlərinin düzgün qəvranılmadığı məsələsini təkrar-təkrar səsləndirirlər. Ancaq ritorikalara baxmayaraq, fakt faktlığında qalır, Ermənistana kor-koranə dəstək verilir. 

 Elə cəmi bir həftə əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi çox vacib bir qərar açıqladı, Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağı nəzarətində saxladığı bəyan edildi. Uzun müddət davam edən məhkəmə prosesinin məğzi beləydi ki, Ermənistan başqa bir suveren ölkənin ərazilərini işğal edib və milyondan çox insanın qaçqın düşməsinə səbəb olub. Bu çoxdan anlaşılandır ki, hökumətdə təmsil olunan bəziləri bu faktı görməzdən gəlirlər. 

Öz növbəsində, Avropa Birliyinin Şərq tərəfdaşlığı çərçivəsində keçirilən Riqa sammitində Ermənistanın Avropa və ABŞ-dan uzaqlaşdığı qəbul edildi. Cənubi Qafqazın iki ölkəsi, Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ermənistan özünün patronu Rusiyaya sadiq qaldı və Rusiyanın Krımı işğalına haqq qazandırmaqla, Qərbi xəyal qırıqlığına uğratdı. Ermənistanın atdığı addımlar göstərdi ki, bu ölkə xarici siyasətdə Rusiyadan tam asılı vəziyyətdədir.  Belə patron-müştəri münasibətləri Ermənistanı öz qozasında saxlayır və bu balaca ölkəni daha da təcrid olunmasına səbəb olur. 

Belə qeyri-bərabər münasibətlər, Rusiyanın Ermənistanın təhlükəsizliyi və iqtisadiyyatı məsələsində yeganə qarantiyaçı kimi çıxış etməsi, bu ölkəni kor-koranə şəkildə Moskvanın diqtəsiylə hərəkət etməyə vadar edir və həmçinin Ermənistan enerji  təminatı məsələsində digər beynəlxalq güc olan İrandan asılı vəziyyətdə qalmağa məcbur olur. Azərbaycan ərazisi olan Dağlıq Qarabağın işğalı Bakı-Tbilisi kimi regional nəhəng neft kəmərinin Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən keçməsiylə, Ermənistanın isə məqsədyönlü şəkildə bu layihədən kənarda qalmasıyla nəticələnib.  Ermənistanın Dağlıq Qarabağ məsələsindəki inadkarlığı səbəbindən, Ermənistan əhəmiyyətli Xəzər neftinin Avropaya çıxarılması layihələrindən kənarda qalıb. Avropa Birliyinin dəstəklədiyi hədiyyə kimi enerji və trasport layihələrindən yararlanmaqdansa, Ermənistan "Rusiya və İran” siyasətini davam etdirməkdə israr edir. Bu zaman kəsiyində isə Azərbaycan və Gürcüstan Qərblə gələcək qurmaqda davam edirlər. 

Ermənistan hətta Rusiyanın AB, NATO və ABŞ-a qarşı qurduğu hərbi və siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulub. Ermənistan keçmiş sovet ölkələri arasında tək-tük ölkələrdən biridir ki, Rusiya qoşunlarının ölkəsində yerləşdirilməsinə razılıq verməklə, öz suverenliyini güzəştə gedib... hətta Rusiyanın sərhədlərində və hava sahəsində patrul aparmasına icazə verib. Bu razılıq təzəlikcə 2044-cü ilə qədər uzadılıb. 

Ermənistan həmçinin Rusiyanın KTMT ölkələrinə havadan müdafiə adıyla yaratdığı və dominantlıq etdiyi hərbi struktur olan Müstəqil Dövlətlərin Birləşmiş Havadan Müdafiə Sistemi İttifaqında iştirak edir. Rusiyanın getdikcə artan beynəlxalq təcridinə baxmayaraq, Ermənistan belə görünür ki, daim bu ölkəylə hərbi bağlarını gücləndirməyə çalışır. Rus diplomat A. Dvinyaninovun 2007-ci ildə erməni siyasətçilərinə verdiyi bir tövsiyyə var: "Ermənistanın təhlükəsizlik məsələsində Rusiyayla münasibəti çox selektivdir və belə görünür ki, Rusiya Ermənistanla münasibətlərdə istənilən gözlənilməzliyə hazırdır”. Öz növbəsində isə Ermənistan Rusiyanın nüfuzunun təkcə Qafqazda deyil, Yaxın Şərqdə də saxlanılmasında körpü rolunu oynayır. Bu "yaxın əməkdaşlığ”ın digər aspekti odur ki, Ruslar Cənubi Qafqazda effektiv şəkildə hərbi nəzarətə nail olurlar. 

 İqtisadi baxımdan, Ermənistan rəhbərliyi Rusiyayla münasibətlərdə cinayətkarcasına məsuliyyətdən yayındıqlarını ortaya qoyublar. Ermənistanın çox vacib bəzi mülkiyyətləri hansısa müqavimət olmadan Rusiyanın istifadəsinə verilib. Hazırki prezident Serj Sarkisyan 2003-cü ildə baş tutan "Bor razılığı üçün saziş” adlanan prosesdə birbaşa iştirak etmişdi. Beş əsas obyekt, Ermənistanın 40% elektrik enerjisini təmin edən Metsamor Atom Elektrik stansiyası daxil olmaqla, enerji, tədqiqat, tərəqqi və manufaktura obyektləri borc razılaşmasına daxil edilmişdi. Rusiya həmçinin Ermənistanın enerji sektoruna nəzarət edir, o cümlədən transport, bank və telekommunikasiya sahələrini əlində saxlayır. 

"Komplemnetarizm" adlı ümumi qəbul edilmiş konsepsiyaya baxmayaraq, Ermənistanın xarici siyasəti hər zaman sönük siyasi proseslərdən keçir və yaxud onların yoxluğu, Kreml ustaları tərəfindən doldurulur. 1990-cı illərdə ortaya çıxan termin Ermənistanın Moskva və Qərb arasında balanslı siyasət aparacağı mənasına gəlməliydi. Ancaq bu ideya tez söndü və Moskva Ermənistanın xarici siyasət məsələlərindəki bütün qərarlarında sonuncu instansiyaya çevrildi. "Moscow Times" 2015-ci il 2 yanvar sayında yazır: "Ermənistan hökuməti AB-ylə azad ticarət barədə sazil imzalamamaq qərarına gəldi, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə danışıqların nəticəsi olaraq, Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya İttifaqının sələfi olan və Rusiyanın idarə etdiyi Gömrük İttifaqına daxil olmağa qərar verdi".

Hərbi, iqtisadi və xarici siyasətdə Rusiyanın diqtəsini qəbul etməklə, Ermənistan Yaxın Şərqdə Rusiya maraqlarının qulluqçusuna çevrilib. Ermənistanda əhalinin rifahını qaldırmaqdansa, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün diplomatik həll yolları axtarmaqdansa, özünü regional maraqlarını təmin etmək üçün beynəlxalq enerji layihələrinə qoşulmaqdansa, hazırda Ermənistanı idarə edən qruplaşma ölkəni beynəlxalq təcrid uçurumuna sürükləməklə məşğuldur. 
Belə görünür ki, Ermənistan ABŞ-ın Rusiya və İran kimi opponentlərindən daha çox dəstək alır, ABŞ-ın Ermənistana etdiyi yardım nəinki bu ölkə üçün artıqdır, həm də ABŞ-ın strateji maraqlarına uyğun gəlmir. ABŞ hökuməti elə addımlar atmalıdır ki, uzunmüddətli perspektivdə Ermənistanın suveren dövlət olmasına yardım etmiş ola bilsin. 

Tərcümə: Emin


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM