Tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi

10:50 | 23.09.2015
Tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi

Tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi

Bakıda fəaliyyət göstərən "Atlas” Tibb Mərkəzində mənimsəmə faktı qeydə alınıb.

 Bu barədə "Report”a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, tibb mərkəzinin rəhbərliyi Xətai RPİ-yə ərizə ilə müraciət edib. Ərizədə bildirilib ki, orada həkim işləyən 39 yaşlı İradə Vəliyeva "Atlas” Tibb Mərkəzinin 35 min manat pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, RPİ-yə daxil olan ərizəni "Atlas” Tibb Mərkəzinin direktoru imzalayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM