Tiflisdə gənc azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

22:19 | 15.12.2015
Tiflisdə gənc azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Dekabrın 14-də Gürcüstan Parlamentinin Milli Kitabxanasında gənc rəssam Rasim Həsənovun fərdi sərgisinin açılışı olub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, dekabrın 18-dək davam edəcək sərgidə rəssamın 20 rəsm əsəri nümayiş olunub. Tədbirə əsasən gənclər, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, gürcü ali məktəblərində təhsil alan tələbələr qatılıblar.
 
23 yaşlı Qardabani sakini R. Həsənov özünün fəaliyyəti haqqında sərgi iştirakçılarına məlumat verib: "Bu sənət ilə uşaqlığımdan məşğulam. Bütün uşaqlar kimi əvvəlcə cızma-qaralarla məşğul oldum, sonra bu sənətlə maraqlanmağa başladım. Sonra qrafik sənətilə məşğul olmuşam. Hesab edirəm ki, bu mənim taleyimdir. İndiyədək 22-dən çox əsər yaratmışam. Bu rəsm əsərlərində bir çox janrlar qarışıb. Bəziləri bu sənəti sürrealizm və installyasiya sənəti adlandırırlar.
 
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı APA-ya açıqlamasında son zamanlar Gürcüstanda azərbaycanlı gənclərin rəssamlıq sənətinə marağının artdığını və uğurlar əldə etdiklərini bildirib: "Mən çox maraqla bu sənət əsərlərinə baxdım. Hər bir rəsm əsərində müxtəlif məna var. Əsərlərdə müxtəliflik mövcuddur, bu rəngarənglik əsərlərə tamaşa edən hər kəsi özünə cəlb edir. Biz həmişə belə istedadlı rəssamlara dəstək verməyə hazırıq," Z. Darğallı qeyd edib.
 











www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM