• $
  • £

Tofiq Qasımov İsveçrədə dəfn olunub: "Ailəsi bu barədə Azərbaycana gec məlumat verib"

Tofiq Qasımov İsveçrədə dəfn olunub:
29.01.2020 14:41
"Tofiq Qasımov ötən bazar günü – yanvarın 26-da vəfat edibmiş. Ailəsi bu barədə Azərbaycana gec məlumat verib".

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O qeyd edib ki, keçmiş xarici işlər naziri Tofiq Qasımov artıq dəfn olunub. O yanvarın 27-də uzun illərdir yaşadığı İsveçrənin Lütsern şəhərində müsəlman qaydası ilə torpağa tapşırılıb:

"Tofiq Qasımovun özünün vəsiyyəti, yoxsa ailəsinin istəyi ilə bu cür addım atılıb – hələlik bu barədə məlumatımız yoxdur. Müsavat Partiyası Tofiq bəyin anım tədbirini keçirməyi düşünür. Onun xatirəsinin yad edilməsi üçün addımlar atılacaq. Çünki o, Azərbaycan üçün böyük işlər görmüş siyasətçi, Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli alim idi. Müsavat Partiyasının da üzvü idi. Onun vəfatı bütövlükdə Azərbaycan xalqı üçün böyük itkidir”.

Qeyd edək ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş xarici işlər naziri Tofiq Qasımovun mühacirətdə vəfat etdiyi barədə məlumatlar bu gün sosial şəbəkələrdə yayılıb.

O 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb.
 
Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib.

2 qızı var. O, indiyə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 23:55
XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
Siyasət 22:24
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
Zelenski Əliyevi təbrik edib
Siyasət 20:15
Zelenski Əliyevi təbrik edib
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Siyasət 09:53
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
Siyasət 21:49
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Siyasət 19:27
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Siyasət 19:05
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Donald Tramp İlham Əliyevə təbrik göndərib
Siyasət 18:30
Donald Tramp İlham Əliyevə təbrik göndərib
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 18:07
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol