• $
  • £

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib
29.05.2026 13:30

Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkar edilib.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında "Dəmirli" Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.

"Dəmirli" Filiz Emalı Kompleks ərazisində aparılan arxeoloji monitorinq zamanı qeydə alınmış neolit dövrü yaşayış yeri tədqiqat üçün seçilib. Canyataq qədim yaşayış yeri, eyni adlı müasir kəndin şimal-şərq hissəsində diametri təxminən 250 m, çay dərəsindən hündürlüyü 30-35 m olan allüvial təpənin cənub hissəsində kiçik bir ərazini əhatə edir. Təpə şimal hissədə Gülyataq çayının dərəsi, cənub-şərq istiqamətindən isə Canyataq çayı ilə hüdudlanır. Təpənin cənub-şərq yamacında qoyulmuş yoxlama qazıntısı zamanı neolit dövrünə aid zəngin saxsı nümunələri, xeyli sayda osteoloji qalıqlar aşkar edilib. Görünən mənzərəyə görə neolit sakinləri bu əraziyə gəldikləri dövrdə ancaq təpənin həmişə gün işığı görən, maili şərq və qərb yamacında kiçik bir ərazidə məskunlaşıblar.

Ehtimala görə, düzənlik ərazidə yerləşən ayrı-ayrı yaşayış məskənləri və ya bu məskənlər daxilində kiçik qruplar bu faydalı qazıntıların tədarükü və ticarətilə məşğul olublar. Canyataq da çox böyük ehtimalla məhz oxra (sarı, narıncı, qırmızı və qəhvəyi çalarlı təbii boya kimi işlədilən təbii mineral piqment) tədarükü həyata keçirən bir düşərgə idi. Buradan aşkar edilmiş çoxlu sayda iri daş alət fraqmentləri və oxra qırıntıları bu ehtimalın sübutu olaraq göstərilə bilər. Qarabağın neolit dövrü mədənçiləri düşərgənin yaxınlığında mövcud yataqlardan oxranı əldə edərək buraya gətirmiş, kiçik parçalara bölərək düzən ərazilərə daşıyıblar.

Eyni zamanda arxeoloji monitorinq zamanı ilkin müşahidələr göstərib ki, ərazidə vaxtilə müsəlman qəbiristanlığı mövcud olub. Lakin qəbiristanlıq salınmış təpənin böyük bir hissəsi tamamilə dağıdılaraq yerində yol inşa edilib. Həmin sahədə arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib. Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı kompleks yaxınlığında 3 ədəd kurqan qeydə alınıb.

Bundan başqa, növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb. Nazirlər Kabinetinin qərarına əsasən, rayonun Göytəpə kəndində "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda iki arxeoloji abidə qeydə alınıb.

Göytəpə kəndinin qərbində yerləşən Göytəpə İlk tunc dövrünə aid yaşayış yeri ölkə əhəmiyyətli abidə hesab olunur. Aparılan yerüstü arxeoloji müşahidələr zamanı məlum olub ki, abidənin üst hissəsində antik dövrə aid nazik mədəni təbəqə var. Dörd hektardan artıq ərazini əhatə edən və 8 metrə yaxın hündürlüyü olan təpənin əsas hissəsi İlk Tunc dövrünə aiddir ki, bu da bəhs edilən dövrdə ərazidə intensiv məskunlaşmanın olduğunu göstərir. Bir neçə müddət öncə, Göytəpə abidəsinin qərbində yerləşən Eyvazxanbəyli kəndinin yenidən inşası zamanı abidə dağıntıya məruz qalıb.

Arxeoloji ekspedisiya tərəfindən aparılan monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə də qeydə alınıb. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada "Şamil bəy Salman bəy oğlu" dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulub, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən, qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulinin iki kəndində yanğın başlayıb
Cəmiyyət 22:13
Füzulinin iki kəndində yanğın başlayıb
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:11
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Cəmiyyət 19:47
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Cəmiyyət 18:17
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Cəmiyyət 18:08
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 18:04
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Cəmiyyət 17:47
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Yeni tədris ilində məktəbli formalarının qiymətləri açıqlanıb
Cəmiyyət 17:12
Yeni tədris ilində məktəbli formalarının qiymətləri açıqlanıb
Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb
Cəmiyyət 17:00
Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol