Topla ermənilərin kazarmasını vurduq: DÜŞMƏN İTKİ VERDİ

10:00 | 03.08.2014
Topla ermənilərin kazarmasını vurduq: DÜŞMƏN İTKİ VERDİ

Topla ermənilərin kazarmasını vurduq: DÜŞMƏN İTKİ VERDİ

Tərtərin Qapanlı kəndində gecə 15 dəqiqə fasilələrlə atışma gedib. 

 “Yeni Müsavat”ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Məhəmməd Türkmən deyir ki, “Qapanlı sakinlərinin böyük hissəsi buradan köçürülüb. 

Yerdə qalanlar isə gecə vaxtlarında əsasən kəndin girişinə toplaşıblar. 

Əgər vəziyyət gərgin olsa çıxmaq üçün. Kəndin erməni ilə daha yaxın olan hissəsində isə əsgərlərdən başqa heç kəs yoxdur. Oraya giriş qadağan edilib. Postlar qurulub. Öyrəndim ki, bizim əsgərlərimiz topla ermənilərin kazarmasını vurublar. Onlardan da ağır itkilər olub. Ümumilikdə son 10 gündə 12 əsgər Tərtərdə şəhid olub. Bir nəfər mülki şəxs öldürülüb. Həmin şəxsi 15 gün öncə balıq tutarkən vurublar. Adı Mübarizdir”.

YENI MÜSAVAT

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM