Torpaqlar üçün Putindən son qərar

22:57 | 01.06.2017
Torpaqlar üçün Putindən son qərar

Torpaqlar üçün Putindən son qərar

Ermənistan silahlı qüvvələrinin iki hərbi obyekti dağıdılıb. Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat hazırlayıb. ABŞ-da Erməni Milli Konqresi (ANKA) və Amerika Erməni Məclisi (AAA) haqqında Dağlıq Qarabağa maliyyə yardımlarının edilməsi ilə bağlı məhkəmə təhqiqatı başlayır. ABŞ Prezidenti Donald Tramp ölkənin Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini yarım il müddətinə donduracaq. Donbas dondurulmuş konflikt vəziyyətinə keçirilir.

Ermənistan silahlı qüvvələrinin iki hərbi obyekti dağıdılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.

2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir. Bu barədə Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatında deyilir.

ABŞ-da Erməni Milli Konqresi (ANKA) və Amerika Erməni Məclisi (AAA) haqqında Dağlıq Qarabağa maliyyə yardımlarının edilməsi ilə bağlı məhkəmə təhqiqatı başlayır. ABŞ Dövlət Departamentindəki mənbə erməni diasporu haqda məhkəmə təhqiqatının başlanması təşəbbüsünün olmasını təsdiqləyir.
ANKA və AAA indiyə qədər ABŞ dövlət büdcəsindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma "DQR”-ə maliyyə yardımının ayrılmasına nail olub, həmçinin, Azərbaycana hər hansı maliyyə yardımının edilməsinin qarşını alıb.

Ermənistanın Müdafiə Nazirliyində kütləvi istefalar gözlənilir. Bu barədə "Joxovurd” qəzeti hərbi mənbələrə istinadən yazıb.
Qəzet qeyd edir ki, yaxın vaxtlarda Müdafiə Nazirliyinin bir sıra idarə müdirləri, həmçinin, Baş qərargahdakı məmurlar və hərbi hissə komandirləri vəzifələrindən çıxarılacaq.

Bu prosesin əsas səbəbinin son dövrlər Ermənistan ordusunun verdiyi itkilər və Azərbaycan Ordusunun endirdiyi zərbələrin qarşısını ala bilməmək olduğu deyilir.
Qəzet yazır ki, Müdafiə Nazirliyində "təmizləmələr” haqda qərar mayın 25-də Serj Sarkisyanın Müdafiə Nazirliyində qapalı toplantıda verilib.
"İstefalar haqda iddialar də məhz həmin toplantıdan bir gün sonra yayılmağa başlayıb”, - qəzet vurğulayır.

"Prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyan arasında ciddi münaqişə var”. Bu barədə erməni politoloq Riçard Kirakosyan deyib.
Politoloq əmindir ki, prezidentlə baş nazir gizli müharibə aparır: "Bu dəqiqdir. Hansı ki, Karapetyanı Moskvadan təyin etdilər və Sarkisyanı onu baş nazir etməyə məcbur etdilər. Sarkisyan indi buna qarşı çıxır. Çünki 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəndən sonra hakimiyyətə nəzarət məsələsi var. Parlament seçkilərindən sonra Ermənistanda "kreslo uğrunda” mübarizə başladı. Lakin real münaqişə hələ irəlilədir. Çünki Moskva Karapetyanı müvəqqəti olaraq İrəvana göndərmişdi, lakin görünür, plan dəyişib və əsas hədəf 2018-ci ildən sonra Ermənistana kimin rəhbərlik edəcəyidir”.

Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə - ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır. Bunu ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər.

M.Brayza danışıqlar prosesinin çərçivəsinin və bu çərçivənin Madrid sənədi olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb: "Xarici oyunçular bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir".
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin tərkibini şərh edən M.Brayza ABŞ və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri kimi lazımlı olduğunu qeyd edib. O, eyni zamanda, Minsk Qrupunun üçüncü həmsədrinin Avropa İttifaqı ola biləcəyini vurğulayıb:
"Ayrı-ayrı ölkələr olmaqdansa, Aİ-nin olması daha yaxşı olardı. Aİ güclü qüvvədir, bu, beynəlxalq siyasətdə bir qrupdur, odur ki, məncə, belə addım məna kəsb edərdi".
İran və Türkmənistan arasında qaz mübahisəsi sərtləşir. Tehran Aşqabadı məhkəmə ilə hədələyərək ondan təbii qazın qiyməti azaltmağı və çatdırmaları bərpa etməyi tələb edir.

Rusiya Hərbi-Hava Qüvvələri mayın 29-dan 30-na keçən gecə Rakkanı tərk etməyə çalışan İŞİD terror qruplaşmasının 80-dən çox terrorçusunu məhv edib. Bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

Dünən isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı qanadı –red.) İŞİD terror təşkilatı ilə Rakka mövzusunda razılaşdığını bildirib. Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.

Rusiya xarici siyasət idarəsinin başçısı bununla da İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan "Debka” saytının iddiasını təsdiqləmiş olub.

Donbas dondurulmuş konflikt vəziyyətinə keçirilir. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın ikinci prezidenti Leonid Kuçma söyləyib.
"Ukraynada baş verənlərlə bağlı haray çəkmək lazımdır. Hamı anlamalıdır ki, keçmiş SSRİ ərazilərində daha bir dondurulmuş konflikt yaranır. Biz görürük ki, Rusiyanın bu konfliktin ortadan qalxması üçün heç bir təşəbbüsü yoxdur”, – deyə o bildirib.

Ukrayna hakimiyyəti Donbasda yeni hərbi əməliyyatlara hazırlaşır. Bunu mətbuata açıqlamasında ukraynalı deputat Vadim Denisenko söyləyib.
"Donbasda hərbi əməliyyatları iki-üç həftə ərazində keçirmək lazımdır. Biz irihəcmli zərbələr endirib, Ukrayna ordusunun Donbasda nəzarət zonasını genişləndirməliyik. Ukraynanı gələcəkdə müharibənin qaynar fazası gözləyir”, – deyə o bildirib.

ABŞ Prezidenti Donald Tramp ölkənin Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini yarım il müddətinə donduracaq. Bu barədə informasiyanı NBC televiziyası yayıb. Televiziya Trampın veto hüququndan istifadə edəcəyini bildirib.

Qeyd edək ki, ABŞ Konqresi Amerikanın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi haqqında qanunu 1995-ci ildə qəbul edib. Lakin o zamankı prezident Bill Klinton Yaxın Şərqdəki vəziyyəti gərginləşdirməmək üçün bu qanunun reallaşmasına veto qoyub.
Onun bu siyasətini Corc Buş və Barak Obama da davam etdirmişdi.

Dünyada ən böyük imkanları olan "Stratolaunch” təyyarəsi ilk dəfə mayın 31-də ABŞ-ın Kaliforniya ştatında yerləşən Moxave səhrasında anqardan çıxarılıb. "Orbital OTK” korporasiyası tərəfindən yaradılmış maşın 9100 metr hündürlükdən kosmik raket-daşıyıcıların işə salınması üçün nəzərdə tutulub.

Qeyd edık ki, son illər kosmosun fəthi uğrunda dünyanın əsas gücləri olan ABŞ, Rusiya və Çin arasında amansız mübarizə gedir. ABŞ-ın "Scientific American” nəşri bir müddət əvvəl dünyanın kosmos müharibələri dönəminə qədəm qoyduğunu yazıb.

"Kuril adaları Yaponiyaya verilsəydi, orada Amerika qoşunlarının yerləşdrilməsi imkanı yaranardı”. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bu, "müqavilələr və imzalanmış protokollar”da əksini tapmışdı.

"Hərbi potensialın genişləndirilməsi Rusiyanın təşəbbüsü deyil”. Bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda beynəlxalq informasiya agentliklərinin başçıları ilə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, Rusiya Cənubi Koreyada yerləşdirilən THAAD sistemləri də daxil olmaqla, öz sərhədlərində Amerika raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə reaksiya verir.
 
Putin: "Bu, qızğın silahlanmaya itələyir”

Filippinin cənubunda Maravi şəhərində təhlükəsizlik gücləri ilə qarşıdurmada öldürülən 95 terrorçudan 8-i əcnəbidir. Bu haqda ölkənin müdafiə naziri Delfin Lorenzan bildirib.

Onun sözlərinə görə, əcnəbilər Rusiya Federasiyasının Çeçenistan Respublikası və bir neçə ərəb ölkəsindən gəliblər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM