Tovuz xəstəxanasında xəstə üsyanı - FOTOLAR

12:21 | 26.08.2014
Tovuz xəstəxanasında xəstə üsyanı - FOTOLAR

Tovuz xəstəxanasında xəstə üsyanı - FOTOLAR

İş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.

Ötən gecə Tovuz rayon Mərkəzi Xəstəxanasında insident baş verib.Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, əli kəsilən rayonun Qovlar kənd sakini 48 yaşlı Sadiq Əhmədov xəstəxanaya çatdırılsa da onu müayinə etmək üçün növbətçi həkim tapılmayıb.Bundan hiddətlənən S.Əhmədov xəstəxananın qapı, pəncərəsini sındırıb. Polis əməkdaşlarının müdaxiləsindən sonra xəstəni sakitləşdirmək mümkün olub. Zərərçəkənin qohumları bildirir ki, S.Əhmədiv öz həyətində işləyən zaman şüşə onun damarını kəsib, dərhal onu xəstəxanaya çatdırsalarda Tovuz Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapmaq mümkün olmayıb. Onun qan itirdiyini görən qohumlar xeyli çalışsalarda növbətçi həkimi gördüm deyən olmayıb. Baş verən hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva şifahi olaraq biildirib ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq. Qeyd edək ki, bu cür hadisə bir neçə ay öncə də adıçəkilən tibb ocağında qeydə alınmışdı. Həmin vaxt sərxoş xəstə həkimlərə, tibb bacılarına hücum çəkmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM