• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Tovuzda 8 tələbə zəhərlənib - Yenilənib

Tovuzda 8 tələbə zəhərlənib - Yenilənib
24.12.2024 18:43
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.Bu barədə APA-ya AQTA-dan məlumat verilib.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər. Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar.

Bu barədə APA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.

"Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir",- məlumatda bildirilib.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
 
 17:11

Tovuzda Peşə Təhsil mərkəzində 8 tələbə zəhərlənib. Bu barədə Apa məlumat yayıb. 

Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdiriliblər.
 
Məlumata görə, tələbələr tortdan zəhərlənib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 00:36
23 yaşlı qız dəm qazından boğularaq ölüb
Xocalıda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Cəmiyyət 22:56
Xocalıda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Bakı Metropoliteni qeyri-iş günlərində daşınan sərnişinlərin sayını açıqlayıb
Cəmiyyət 20:08
Bakı Metropoliteni qeyri-iş günlərində daşınan sərnişinlərin sayını açıqlayıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:11
Sabah bu ərazilərdə qaz olmayacaq
Leyla Əliyeva Maskatda Sultan Opera Evində
Cəmiyyət 18:24
Leyla Əliyeva Maskatda Sultan Opera Evində
Bəzi yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 17:03
Bəzi yollar buz bağlayacaq - Xəbərdarlıq
Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Cəmiyyət 16:09
Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Cəmiyyət 15:57
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Salyanda 11 yaşlı uşaq xəstəxanada inyeksiyadan sonra ölüb
Cəmiyyət 15:50
Salyanda 11 yaşlı uşaq xəstəxanada inyeksiyadan sonra ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol