• $
  • €
  • ₽
  • ₺
  • £

Delsi Rodriqes Venesuelanın müvəqqəti prezidenti kimi and içib

Delsi Rodriqes Venesuelanın müvəqqəti prezidenti kimi and içib
06.01.2026 00:21

Delsi Rodriqes ölkənin vitse-prezidenti kimi 5 yanvar 2026-cı il tarixində Milli Assambleyada Venesuelanın müvəqqəti Prezidenti vəzifəsinə rəsmi şəkildə and içib.

Parlamentin canlı yayımlanan mərasimində çıxış edən Rodriqes Maduro hökumətinə qarşı ABŞ-in həyata keçirdiyi hərbi müdaxiləni pisləyərək, bunun ölkəyə və xalqına əzab-əziyyət gətirdiyini bildirib.

O, andiçmə mərasimində bildirib ki, Venesuela millətinin azad, suveren və müstəqil bir millət kimi öz arzusuna çatdığını görənə qədər dayanmayacaq.

Rodriqes həmçinin Maduro və həyat yoldaşı Siliya Floresi ABŞ-də “girov” adlandırıb.

Daha əvvəl Venesuela Ali Məhkəməsi vitse-prezident Rodriqesi müvəqqəti dövlət başçısı təyin etmişdi. Bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 3 yanvar 2026-cı il tarixində baş verən xarici hərbi təcavüz və Venesuelanın konstitusiyalı Prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar qəbul edilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Dünya 12:50
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Dünya 11:53
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Dünya 09:26
Türkiyədə 39 vilayət üçün sarı xəbərdarlıq verilib
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
Dünya 09:23
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin sistemlərinə kiberhücum edilib
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Dünya 08:45
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Dünya 23:10
Stiv Uitkoff Ukrayna ilə bağlı Senatda qapalı brifinq keçirəcək
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Dünya 23:04
Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub
Netanyahu baş nazir postunu Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib
Dünya 22:35
Netanyahu baş nazir postunu Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Dünya 21:52
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol