Tovuzda erməni gənci tutuldu

17:26 | 07.03.2014
Tovuzda erməni gənci tutuldu

Tovuzda erməni gənci tutuldu

Bu gün günorta saatlarında Tovuz rayonunda erməni saxlanılıb. ANS PRESS-in əldə etdiyi məlumata görə, erməni gənci Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında sakinlər tərəfindən tutulub. Erməni gənci Tovuz rayon Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər. Xatırladaq ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç də yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlanmışdı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM