Tovuzda tutulan erməni: “3 nəfər idik”

15:56 | 07.08.2014
Tovuzda tutulan erməni: “3 nəfər idik”

Tovuzda tutulan erməni: “3 nəfər idik”

Tovuz rayonunda girov götürülən Ermənistan vətəndaşı Petrosyan Arduş Dalenoviç hüquq-mühafizə orqanlarına təhvil verilib. 
Bu barədə AzVision.az-a rayonun Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov məlumat verib. 
O bildirib ki, artıq həmin şəxs müvafiq dövlət qurumlarına təhvil verilib.
İcra nümayəndəsinin sözlərinə görə, saxlanılan erməni mülki vətəndaş olub: 
“Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar”, -deyə, T.Hüseynov əlavə edib. 
Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965 ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanların təslim ediblər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM