TQDK: Artım olmayacaq

17:36 | 28.04.2014
TQDK: Artım olmayacaq

TQDK: Artım olmayacaq

“Son 3 ildə olduğu kimi bu ildə ali məktəblərə ərizə verənlərin sayında azalma var”

2014/2015-ci tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbuluna ayrılmış vaxt 3 gündən sonra başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənın APA-ya açıqlamasında bildirib ki, aprelin 1-dən başlanan ərizə qəbulu aprelin 30-da yekunlaşacaq. Onun sözlərinə görə, bu vaxta 85 487 abituriyent ərizəsini təsdiq edib. Son illər ali məktəblərə ərizə qəbulunun sayında müəyyən azalmanın müşahidə olunduğunu deyən E.Nağızadə qeyd edib ki, bu il də Azərbaycanda ali məktəblərə sənəd verənlərin sayında artım olmayacaq: “Bu vaxta kimi 86 minə yaxın abituriyent sənəd verib, sənəd qəbulunun müddəti bitənə kimi bunun sayı 90 minə yaxın ola bilər. Amma bu onu göstərir ki, son 3 ildə olduğu kimi bu ildə ali məktəblərə ərizə verənlərin sayında azalma var. Bunun səbəbləri müxtəlif ola bilər. Çünki məktəbi bitirən şagirdlərin sayında da azalma var və bu demoqrafik məsələdir”.Yeniliklərə gəlincə, TQDK rəsmisi əlavə edib ki, “Magistratura” jurnalının 4-cü sayı çapa hazırlanıb və yaxın günlərdə işıq üzü görəcək. Onun sözlərinə görə, “Abituriyent” jurnalının 3 və 4-cü sayı da yaxın vaxtlarda istifadəyə veriləcək: “Adətən “Abituriyent” jurnalının 3-cü sayında ali məktəblərə qəbul aparılan ixtisasların siyahısı əks olunurdu. Lakin bu il “Abituriyent” jurnalının 3-cü sayında 9 illik təhsil bazasından kolleclərə qəbula dair məlumatlar öz əksini tapacaq, burada qəbul aparılacaq ixtisasların, kolleclərin siyahısı olacaq və ərizə qəbuluna dair elan yerləşdiriləcək. Bu il ali məktəblərə qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalını 4-cü sayında əks olunacaq”.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti