TQDK bakalavrlara müraciət etdi

15:43 | 24.02.2014
TQDK bakalavrlara müraciət etdi

TQDK bakalavrlara müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş bakalavrlara müraciət edib.TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, müraciətdə bildirilir ki, bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 2-dək komissiyanın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. İmtahanın keçiriləcəyi yer və tarix, eləcə də digər zəruri məlumatlar “Bakalavrın imtahana buraxılış vərəqi”ndə qeyd olunacaq.Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi martın 2-də keçiriləcək. Magistraturaya qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Mingəçevir şəhərlərində olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM