Bu il Azərbaycanda müxtəlif şəhərlərdə yerləşən 300 imtahan mərkəzində buraxılış imtahanları keçirilib.Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, şagirdlərin rahatlığının təmin olunması üçün imtahanlar yalnız rayon mərkəzlərində deyil, həm də ucqar kənd məktəblərində keçirilib. Belə kəndlərin sayı 69 olub.İmtahan prosesində respublikanın ümumi təhsil müəssisələrinin on min nəfərə yaxın müəllimi nəzarətçi, ayrı-ayrı dövlət strukturlarından 500 nəfərdən çox mütəxəssis imtahan rəhbəri qismində iştirak ediblər.Bölgələrdə keçirilən buraxılış imtahanlarının idarə olunmasına cəlb olunan nəzarətçilərin hamısı (6031 nəfər), imtahan rəhbərlərinin isə təqribən 50 faizi (477 nəfər) müvafiq regiondan olan müəllimlər və mütəxəssislər olub.2014-cü ildə 9-cu siniflər üzrə buraxılış imtahanlarında 111868 şagird iştirak edib. Onlardan 69400-ü (62,04 faiz) hər iki fənn üzrə (Ana dili və riyaziyyat) müvəffəq qiymət alıblar. 9-cu sinif şagirdlərindən 84007-si (75.22%) Ana dilindən, 78324-ü isə (70.01%) riyaziyyatdan müvəffəq qiymət alıblar.2014-cü ildə 11-ci siniflər üzrə buraxılış imtahanlarında 83093 şagird iştirak edib. Onlardan 61579-u (74.11 %) hər iki fənn üzrə müvəffəq qiymət alıblar.11-ci sinif şagirdlərindən 69016-sı (83.33%) Ana dilindən, 66681 nəfəri isə (81.25%) riyaziyyatdan müvəffəq qiymət alıblar.2012-2014-cü il məzunlarının buraxılış imtahanlarındakı nəticələri belədir: